Gəncə şəhərində Gənclər üçün Natiqlik Təlimləri keçirilir - + FOTO

Gəncə şəhərində Gənclər üçün Natiqlik Təlimləri keçirilir + FOTO

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində 16-18 noyabr 2016-ci il tarixləridə “Speak Up – Natiqlik Təlimləri” adlı layihə həyata keçirilir.
Təlim zamanı 20 iştirakçı – natiqlik sənəti, natiq olmanın ilkin qaydaları və təcrübə əldə edilməsi, o cümlədən ictimai çıxış, nitq mədəniyyəti haqqında maarifləndirilirlər.
Layihənin məqsədi Gəncə şəhərində gənc tələbələrin natiqlik, ictimai çıxış və liderlik qabiliyyətlərinin təlimlər və praktiki yarış vasitəsilə inkişaf etdirilməsidir.
İcra planına əsasən 20 sentyabr - 20 dekabr, 2016-cı il tarixlərində layihənin hazırlığı, icrası və hesabat dövrü həyata keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !