Saatlıda Dini ekstremizm və ona qarşı mübarizə üsulları mövzusunda tədbir keçirilib - + FOTO

Saatlıda “Dini ekstremizm və ona qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin, Saatlı Rayon İcra Hakimiyyətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm və ona qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və həmin şöbənin məsləhətçisi Elvin İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin rəsi müavini Xaliq Hüseynov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Lütvəli Şıxalıyev, QMİ-nin bölgə üzrə qazısı Vadər Mirzəxanlı, Saatlı Rayon Polis Şöbəsinin rəis müavini Zaur Əliyev, rayon Ağsaqallar Şurasının sədri Adil Nağıyev, dini icma sədrləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Lütvəli Şıxalıyev çıxışında radikal dini cərəyanlara qarşı birgə mübarizə aparmağın yollarından bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dövlətimizin dinə, dindarlarımıza olan qayğısından danışıb.
Tədbirdə, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı Rayon Şöbəsinin rəis müavini Xaliq Hüseynov və rayon Ağsaqallar Şurasının sədri Adil Nağıyev çıxış edərək, dini radikallaşma meyilləri və onun təzahürü, radikal dini cərəyanların təbliğat üsulları barədə məlumat veriblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !