DQİDK və Salyan RİH-nin birgə təşkilatçılığı ilə dini radikalizmlə mübarizə mövzusuna dair tədbir keçirilib - + FOTO

DQİDK və Salyan RİH-nin birgə təşkilatçılığı ilə dini radikalizmlə mübarizə mövzusuna dair tədbir keçirilib + FOTO

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Təhlükəsizliyi Xidmətinin Salyan rayon şöbəsinin rəisi Dəyanət Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hüsni Həsənov, dini icma sədrləri və gənclər iştirak ediblər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri açaraq rayonda dini durumun sabit olduğunu bildirib və konfransın əhəmiyyətini yüksək qiymətləndirib. S. Hətəmov qeyd edib ki, Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərlərinə bağlıdır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ölkəmizdə dini radikalizmə qarşı mübarizə aparılır. Dövlət Komitəsi sədrinin birinci müavini dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. S. Salahlı, eyni zamanda radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərdən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !