Zaqatalada İslam və millilik mövzusunda növbəti tədbir keçirilib - + FOTO

Zaqatalada “İslam və millilik” mövzusunda növbəti tədbir keçirilib + FOTO

Noyabrın16-da Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində “İslam və millilik” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Yuxarı Tala kənd dindarları, ziyalılar, gənclər və ağsaqqalar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Zaqatala rayonu Yuxarı Tala kənd(2) məscidi dini icmasının sədri Səid Şabanov İslam dininin milli dəyərlərlə vəhdətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov millilik və İslam məfhumları barədə məlumat verib. Şöbə müdiri dinin hər bir cəmiyyətdə o cəmiyyətin milli dəyərləri ilə bütünləşdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Şəhriyar İsmiyev isə İslam dininin milli adət-ənənələrə baxışından, dini radikalizmin İslam və millilik arasına sərhəd qoymasından, halbuki bu cür baxışın İslam dininə tamamilə zidd olduğundan danışıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !