Ucarda Zərərli vərdişlərin və zərərli dini cərəyanların fərd və cəmiyyət həyatına mənfi təsirləri mövzusunda tədbir keçirilib - + FOTO

Ucarda “Zərərli vərdişlərin və zərərli dini cərəyanların fərd və cəmiyyət həyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 14-də Ucar şəhər 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərin və zərərli dini cərəyanların fərd və cəmiyyət həyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin və Ucar RTŞ-nin əməkdaşları, orta məktəbin müəllimləri, şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK- nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında dini radikalizm və qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib. Radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq dini radikalizmin fəsadlarından bəhs edib. Ucar RTŞ-nin əməkdaşı Rəna Qasımova gənclərin zərərli vərdişlərdən, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılmasından, bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayon Qeydiyyat şöbəsinin müdiri Malik Vahidov və Ucar şəhər 2 saylı tam orta məktəbin müəllimləri Nəsibə Süleymanova və Dilşad Əliyeva isə mütəmadi olaraq keçirilən bu kimi maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları haqqında tam təsəvvürün formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Sonda mövzu ilə bağlı video çarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !