Məktəblilər DTX-nin Heydər Əliyev muzeyində olublar - + FOTO

Məktəblilər DTX-nin Heydər Əliyev muzeyində olublar + FOTO

“9 noyabr – Azərbaycan Dövlət Bayraqğı günü” ilə əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 6 və 20 nomrəli məktəb-liseyin bir qrup şagirdi, müəllimi, valideynlərinin iştirakı ilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya təşkil edilmişdir.

 

Məktəblilər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

 

Qeyd edək ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !