Lənkərandakı N saylı hərbi hissədə Ənənəvi İslam və xarici təsirlər mövzusunda tədbir keçirilib - + FOTO

Lənkərandakı “N” saylı hərbi hissədə “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan “N” saylı hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini Nəriman İsayev mövzunun əhəmiyyəti barədə məlumat verib.
Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda məruzə ilə çıxış edib. Əliheydər Zülfüqarov bildirib ki,radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Şöbə müdiri vurğulayıb ki, ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
Ə. Zülfüqarov gənclər arasında dini maarifləndirmənin güclənməsinin vacibliyini vurğulayaraq onu da bildirib ki,bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, yerlərdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Sonda şəxsi heyətə DQİDK-nın sifarişi ilə hazırlanmış “Fitnə” filmi nümayiş olunub. Filmin nümayişindən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !