Sumqayıtda Dini radikalizm – dini təəssübkeşlikdən dini təkkəbbürə mövzusunda dəyirmi masa təşkil olunub - + FOTO

Sumqayıtda “Dini radikalizm – dini təəssübkeşlikdən dini təkkəbbürə” mövzusunda dəyirmi masa təşkil olunub + FOTO

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin struktur bölməsi olan Sumqayıt Təlim, Tədris mərkəzində “Dini radikalizm – dini təəssübkeşlikdən dini təkkəbbürə” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Sumqayıt Təlim, Tədris mərkəzinin müdiri Anar Xasməmmədov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, şöbənin əməkdaşları Yalçın Abdullayev, Ülvi Məmmədov, mərkəzin pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TTSİ-nin rəisi Fuad Süleymanov bu mövzularda maarifləndirici tədbirlərin, seminarların keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gənclərə zərərli dini cərəyanların mahiyyətini, fəsadlarını izah etmək, onları yad dini düşüncələrin təsirindən qorumaq üçün belə görüşlərə çox böyük ehtiyac var.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Komitənin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, Azərbaycan xalqının sahib olduğu multikultural dəyərlərdən, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !