Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir
Bu xəbəri paylaş
Noyabrın 11-də Ağstafa rayonu, Köçəsgər kənd 2 saylı tam orta məktəbdə Dağ Kəsəmən kənd “Eyyub ağa” dini icmasının layihəsi çərçivəsində “Dini fanatizmin və xurafatçılğın zərərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Nazilə Babanlı bildirib ki, məktəbdə daim din biliklər haqqında şagirdlərə izahatlar verilir və bu sahədə işlər aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin şöbə müdiri Eldəniz Vəliyev çıxışında dini xurafatçılığın və fanatizmin cəmiyyətin inkişafında yaratdığı problemlərdən danışıb.
Dağ Kəsəmən kənd “Eyyub ağa” dini icmasının sədri Hüseyn Hüseynov isə çıxışında gənclərmizin dini fanatizmə və xurafatçılığa yox, təhsilə üstünlük verilməsinin zərurətindən bəhs edib. İslam Peyğəmbəri Məhəmməd peyğəmbərin də elmə və təhsilə böyük önəm verdiyini bildirib.