Şirvanda "Dini radikalizm və ekstremizmin yayılmasına qarşı mübarizə’’ mövzusunda tədbir baş tutub - + FOTO

Şirvanda "Dini radikalizm və ekstremizmin yayılmasına qarşı mübarizə’’ mövzusunda tədbir baş tutub + FOTO

Noyabrın 10-da Şirvan Şəhər İcra Hakimiyyəti, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsi və DTX-nın şəhər şöbəsinin birgə təşkilatçılığı ilə dini durumun sabit saxlanılmasına dair tədbirlər planına uyğun olaraq ‘’Dini radikalizmin və ekstremizmin yayılmasına qarşı mübarizə’’ mövzusunda tədbir keçirilib.
Şirvan şəhərində baş tutan tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DTX-nın şəhər şöbəsinin əməkdaşları Anar Kərimov, Rövşən Ağayev, QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi axund Əvəz Mehrəliyev , Şirvan şəhər müalicə diaqnostika mərkəzinin işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları məruzələrində ölkəmizdə mövcud olan din, fikir azadlığından, multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizmin fəsadlarından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların Yaxın Şərqdə, ümumiyyətlə, müsəlman ölkələrində törətdikləri cinayətlərdən danışıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !