Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu RİH Nardaranda birgə tədbir keçirib - + FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu RİH Nardaranda birgə tədbir keçirib + FOTO

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri “Rəhimə xanım ziyarətgahı” məscidi kompleksində “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Aslan Sultanov və Novruz Nuriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı rayonları üzrə qazisi, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, dini icmaların sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev Azərbaycanın dünyada tolerantlıq nümunəsi olduğunu, gənc dövlət olmasına baxmayaraq, qısa bir müddət ərzində mühüm iqtisadi inkişafa və ictimai-siyasi sabitliyə nail olduğunu qeyd edib. Bu sabitliyin qorunmasında hər bir Azərbaycan vətəndaşının, xüsusilə dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov tolerantlığın Azərbaycanın mənəvi sərvəti və cəmiyyətin möhkəmliyini şərtləndirən ən vacib amil kimi dəyərini qeyd edərək, bu dəyərə dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra məruzələrlə çıxış edən “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov, Maştağa qəsəbəsi “Cümə” məscidinin axundu Əbdülhəsən Mirzəyev və qəsəbə dindarları əsrlərlə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıblar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !