Zaqatalada Ənənəvi dini dəyərlərimiz dini radikalizmə qarşıdır mövzusunda tədbir keçirilib - + FOTO

Zaqatalada “Ənənəvi dini dəyərlərimiz dini radikalizmə qarşıdır ” mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 8-də Zaqatala rayonu Yuxarı Tala kənd(2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində “Ənənəvi dini dəyərlərimiz dini radikalizmə qarşıdır ” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Yuxarı Tala kənd sakinləri - dindarlar, ziyalılar, gənclər və ağsaqqalar iştirak ediblər. Zaqatala rayonu Yuxarı Tala kənd(2) məscidi dini icmasının sədri Səid Şabanov tədbiri giriş sözü ilə açaraq layihə çərçivəsində baş tutan bu tədbirin məqsəd və mahiyyəti barədə məlumat verib, dini radikalizmin fəsadlarından danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov ənənəvi dini dəyərlərin tanıdılmasından, bu dəyərlərin keçdiyi tarixi mərhələlərdən bəhs edib, dini radikalizmlə mübarizədə irfan ənənəsinin rolundan danışıb.
Zaqatala bölgə qazısı Malik Bilalov isə tarixən bölgədə mövcud olan dini ənənədən söhbət açaraq, xarici dini təsirlərə məruz qalmamaq üçün dinin düzgün öyrənilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev dövlət-din münasibətləri barədə məlumat verib, dünyada cərəyan edən proseslərdə dindən siyasi alət olaraq istifadə edilməsinin çox ağır nəticələrə səbəb olduğunu qeyd edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !