Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində Bayraq-qürur mənbəyimdir mövzusunda tələbələrlə tədbir keçirilmişdir - + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində “Bayraq-qürur mənbəyimdir” mövzusunda tələbələrlə tədbir keçirilmişdir + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində rayon Gənclər və İdman idarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə “9 noyabr Bayraq günü” münasibətilə “ Bayraq-qürur mənbəyimdir” mövzusunda tələbələrlə tədbir keçirilmişdir.Tədbirə Azərbaycan Respublikası “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri,Qarabağ müharibəsi veteranı Tofiq İsmayılov və sabiq batalyon komandiri Gəray Əsədov dəvət olunmuşlar.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

 

Tədbiri giriş sözü ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecin müəllimi,aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qonaqları təqdim etdi və tədbir barədə məlumat verdi.

 

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.

 

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov təbrik etdi gəncləri qarşıdan gələn “Bayraq günü” günü münasibəti təbrik etdi. Sonra o,qeyd etdi ki,sabah Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

 

Anar Şahbazov çıxışını ümummilli lider Heydər Əliyevin sözləri ilə bitirdi:”Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini təcəssum etdirən müqəddəs rəmzlərdir.Vətəndaşlarımıza,xüsusən də gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir...”

 

Qarabağ müharibəsi veteranı,sabiq batalyon komandiri Gəray Əsədov azərbaycan gənclərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan,Vətən uğrunda canlarını fəda etmələrindən,bayrağımıza hörmətlə yanaşmağın hər bir vətəndaşın müqəddəs borcu olmasından danışdıq və qeyd etdiki,orduda hər hansı bir hərbi hissə döyüş bayrağını əldən verərsə,o hərbi hissə dərhal ləğv edilir.

 

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətcisi Aydın Qasımov,kollecin tələbə gənclər təşkilatının sədri Mirhüseyn Muradzadə,Azərbaycanın Milli Qəhrəmanı S. Behbudov adına vətənpərvərlik klubunun sədri Şəbnəm Suleymanova,H.Əliyeva adına “Yaşıl Dunya”klubunun sədri Pərvin Əhmədova və “İntellekt”kulubunun sədri Aytac Bayramova çıxış etdilər.Tədbirin sonunda kollecin tələbə gənclər təşkilatının üzvləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya iştirakcılara təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !