Gəncədə Azərbaycan tolerantlıq ölkəsidir mövzusunda tədbir keçirilib - FOTO

Gəncədə “Azərbaycan tolerantlıq ölkəsidir” mövzusunda tədbir keçirilib FOTO

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər İmamzadə Ziyarətgah Kompleksində “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “Azərbaycan tolerantlıq ölkəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, dindarlar, dini icma nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev ölkəmizdə mövcud olan tolerant dəyərlərin tarixindən, hazırki durumundan və beynəlxalq aləmdə nümunəyə çevrilməsindən bəhs edib. Asif Əliyev tolerantlığın dövlət siyasəti olduğunu bildirərək, ölkəmizdə bütün dini icmalara bərabərhüquqlu şərait yaradılması barədə ətraflı məlumat verib.
Tədbirdə, həmçinin QMİ-nin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, Gəncə şəhər Şah Abbas Cümə məscidinin axundu Röya Balayev, Gəncə şəhər Hz. Zeynəb məscidi dini icmasının sədri Rahilə Cəfərova, QMİ-nin Goranboy və Naftalan üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, Daşkəsən şəhər Cümə məscidi dini icmasının sədri Ənvər Əliyev, Gəncə şəhər Yəhudi dini icmasının sədri Arif Babayev, imam naib Samir Şəfiyev çıxış ediblər. Çıxış edən natiqlər dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə mövcud tolerant mühitin dünyaya təbliğ olunmasından, hətta dünya ölkələrinin bəzilərində Azərbaycan multikulturalizminin fənn kimi tədris olunmasından bəhs ediblər.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !