Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri monoqrafiyası rus dilində nəşr edilib -

“Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası rus dilində nəşr edilib

AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar Elm Xadimi, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası rus dilində çap edilib.

 

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, kitabda ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törədikləri soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, əsassız ərazi iddiaları, torpaqlarımız uğrunda gedən mübarizə və onların nəticələri əks olunub.

 

Monoqrafiyada arxiv sənədlərinə, dövri mətbuat materiallarına, habelə bir çox tədqiqatçıların əsərlərinə müraciət olunaraq erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri çirkin əməllərinin xronoloji təhlili verilib, eyni zamanda, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri ümumiləşdirilib.

 

Kitabın “Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti”, “Erməni daşnaklarının Naxçıvana qarşı ərazi iddiaları və Naxçıvan əhalisinin soyqırımına məruz qalması” fəsillərində oxucular özlərinə saxta tarix formalaşdıran ermənilərin qədim tarixi keçmişə sahib olan Azərbaycana və onun ayrılmaz tərkib hissəsi Naxçıvana qarşı məkrli siyasətinə toхunulub.

 

Tarixi faktlara dəqiqliklə yanaşılması, Naxçıvanla bağlı 1924-cü ilə aid xəritə haqqında məlumatın verilməsi nəşrin elmi dəyərini daha da artırır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !