Kukla Teatrı nəzdindəki Oyuq teatr-studiyası yeni səhnə işi ilə tamaşaçılarının görüşünə gələcək

Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni səhnə işi ilə tamaşaçılarının görüşünə gələcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni səhnə işi ilə tamaşaçılarının görüşünə gələcək.

 

Belə ki, noyabrın 8-də studiyanın balaca istedadlarının təqdimatında “Cadugər və gözəl” adlı tamaşanın premyerası keçiriləcək.

 

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə nümayiş olunacaq tamaşanın ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

 

Balacalara dürüstlük, sədaqət, şücaət və sevgi aşılayan tamaşanın əsas qayəsi xeyirin şər üzərində qələbəsinə inamdır.

 

Məşhur nağıl qəhrəmanlarının, balacaların sevimli cizgi filmi personajlarının toplandığı tamaşa-buketin ardınca studiyanın istedadlarının təqdimatında rəngarəng konsert proqramı da təqdim olunacaq.

 

Tamaşada əsas rolları studiyanın həvəskarları Vüsalə Bəkirzadə, Mətin Vəzirov, Aysun Əlimirzəyeva, Arif Əliyev, Məryəm Əsədova, Ağa Seyidov, Ayşə Cəfərli, İsmayıl Əliyev, Selcan Xatun, Aylin Nəcəfli ifa edirlər.

 

Qeyd edək ki, tamaşda əsas obrazları studiyaya yeni istedadların cəlbi məqdəsilə elan olunan müsabiqədə seçilən uşaqlar canlandırır.

 

Xatırladaq ki, 5-15 yaş uşaqlar arasında baş tutan müsabiqədə 160 nəfərdən artıq uşaq iştirak edib və onların arasından 20 həvəskar studiyanın sıralarına cəlb olunub. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]