Gəncə Dövlət Kukla Teatrında Məşədi İbad tamaşası hazırlanır -

Gəncə Dövlət Kukla Teatrında “Məşədi İbad” tamaşası hazırlanır

Gəncə Dövlət Kukla Teatrında Dövlət sifarişi yolu ilə Üzeyir Hacıbəylinin “Məşədi İbad” tamaşası hazırlanır

 

2016-cı il oktyabr ayının 15-dən Gəncə Dövlət Kukla Teatrında Dövlət sifarişi yolu ilə Üzeyir Hacıbəylinin “Məşədi İbad” tamaşası hazırlanır. Tamaşanın quruluşçu rejissoru Estoniyada fəaliyyət göstərən “Avşar” Azərbaycan Kukla Teatrının bədii rəhbəri əməkdar artist Rauf Muxtar oğlu Avşarov, rəssamı isə teatrın direktoru Xatirə Avşarovadır.

 

Tamaşada əsas rolları əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktrisa Nərmin Şərifova ifa edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !