Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-gənclər Estrada Orkestrinin konserti keçirilmişdir - FOTO

Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-gənclər Estrada Orkestrinin konserti keçirilmişdir FOTO

Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 21 aprel tarixli 152 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər planına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-gənclər Estrada Orkestrinin konserti keçirilmişdir.

 

Konsertdə Azərbaycan və xarici bəstəkarların populyar mahnıları ifa olunmuşdur. Tələbələrin çıxışı əsasən gənclərdən ibarət olan tamaşaçılarda böyük maraq doğurmuşdur. Konsert başa çatdıqdan sonra ifaçılar tamaşaçıların alqışları altında təkrar səhnəyə dəvət olunmuş və daha bir neçə mahnı təqdim etmişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !