Teatr Muzeyində “Nağıllardan süzülən rənglər” adlı sərgi təşkil olunmuşdur
Bu xəbəri paylaş
Bir çox tədbirlər silsiləsinə ev sahibliyi edən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 5 oktyabr 2016-cı il tarixində növbəti tədbirini keçirtmişdir. Muzeydə tez-tez görkəmli incəsənət xadimlərinin, xalq artistlərinin yaradıcılıq gecələri, yubiley tədbirləri, görkəmli teatr rəssamlarının tamaşalara çəkilmiş dekorasiya və geyim eskizlərindən ibarət sərgilər keçirilir. Azərbaycan Dövlət Teatr Muzeyində uzun illər Azərbaycan Dövlət Kukla Teatrında çalışmış, əməkdar rəssam Lətifə Quluzadənin eskizləri əsasında “Nağıllardan süzülən rənglər” adlı sərgi təşkil olunmuşdur. Sərgidə Azərbaycanın bir çox tanınmış rəssamları Lətifə Quluzadəylə bağlı fikirlərini söyləmiş və sənətkarın əfsanəvi nağıl qəhrəmanlarına həsr etdiyi rənglər aləminə səyahət etmişlər.
Azərbaycanın görkəmli incəsənət xadimləri, rəssamın sənət dostları, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri sərginin qonaqları olmuşlar.