Şəmkir rayonunda Dini radikalizmlə mübarizə yolları mövzusunda tədbir keçirilib -

Şəmkir rayonunda “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə DSX-nin Şəmkir rayonundakı N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib. O, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən danışıb.
Sədr müavini dini radikalizm və onun fəsadları barədə iştirakçılara məlumat verib. O, bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından da geniş bəhs edib. Səyavuş Heydərov bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. O, İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !