MƏLUMAT -

MƏLUMAT

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikovanı qəbul etmişdir.

 

Baş nazir Artur Rasi-zadə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırılmışdır. İqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük perspektivlərin mövcudluğunu bildirmiş, energetika, nəqliyyat, sərnişin və yükdaşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sferalarda geniş imkanların olduğunu dedi.

 

Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, iki ölkə arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair yekdil fikir ifadə edildi.

 

Qəbulda Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !