Heydər Əliyev Sarayında Baku Sinfonietta orkestrinin iştirakı ilə Broadway Night Show konserti keçirilib - FOTO

Heydər Əliyev Sarayında Baku Sinfonietta orkestrinin iştirakı ilə “Broadway Night Show” konserti keçirilib FOTO

Sentyabrın 24-də Heydər Əliyev Sarayında Baku Sinfonietta orkestrinin iştirakı ilə “Broadway Night Show” konserti keçirilib.

 

Konsertdə tamaşaçılara sevilən Walt Disney musiqiləri təqdim olunub.

 

Konsertdə hər yaş dövründən tamaşaçılara maraqlı və baxımlı olan “Aslan Kral” (The Lion King), “Cəngəlliklər kitabı” (The Jungle Book), “Gözəl və Bədheybət” (Beauty and the Beast), “Ələddin” (Aladdin), “Su Pərisi”(The Little Mermaid), “Mulan” (Mulan), “Pinokkio” (Pinocchio) və s. ən məşhur Walt Disney cizgi filmlərindən kompozisiyalar səsləndirilib.

 

Qeyd edək ki, Baku Sinfonietta orkestrinin bədii rəhbəri və baş drijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

 

Konsertdə, həmçinin Respublikanın Əməkdar artisti İsfar Sarabski, “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova və Diana Hacıyeva iştirak ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !