Raqif Abbasov Şepelin fikirlərinə kəskin etiraz edib -

Raqif Abbasov Şepelin fikirlərinə kəskin etiraz edib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Belarus Paralimpiya Komitəsinin sədri Oleq Şepelin fikirlərinə kəskin etiraz edib. O, SİA-ya açıqlamasında deyib ki, dünən bir sıra KİV-də Belarus Paralimpiya komitəsinin rəhbəri Şepelin Rusiyanın paralimpiya oyunlarından uzaqlaşdırılmasından sonra onun lisenziyalarının ölkələrarası bölünməsi nəticəsində Azərbaycana düşən kvotadan guya idmançımız olmadığı üçün təmsil edilməməyimizə dair fikirləri həqiqəti əks etirmir:
“Əvvəla, Belarusdakı həmkarımıza tövsiyə edirik ki, ona aid olmayan məsələlərə qarışmasın, Azərbaycan müstəqil dövlətdir və paralimpiya hərəkatında qərarları müstəqil verir. İkincisi, Gənclər və İdman Nazirliyinin rəsmi açıqlaması olub ki, Azərbaycan paralimpiya hərəkatında qazanmadığı, üstəgəl bu lisenziyalarla bağlı hələ məhkəmə prosesini getdiyi və qərar olmadığı üçün təmsil olunmaqdan imtina edir. Bu ona görə edilmədi ki, Azərbaycanda paralimpiyada idmançı yox idi. Biz həmin yoldaşa bildirmək istəyirk ki, Azərbaycanın idman tarixinə, paralimpiya tarixindəki nəticələrimizə baxsın, onda görər ki, bizim ölkəni təmsil edə bilən yetərincə idmançılarımız var. Ona aid olmayan məsələlərə münasibət bildirərkən çox diqqətli olsun. Azərbaycan olimpiya və paralimpiya fəlsəfəsinin qorunmasının tərafdarıdır və Azərbaycan idmançısı əldə etmədiyi lisenziyada təmsil olunmasına ehtiyac duyulmur. Bu məsələ bundan sonra da olimpiya fəlsəfəsinə uyğun olaraq hərəkət edəcəyik”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !