Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir FOTO
Bu xəbəri paylaş
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda DİN İC, Məhsul İC, BTİ, Təhsil RİM, Ümid İK, SMİF-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Jalə Rəhimzadə (BTİ), 2 km məsafədə I yerə Natavan Etibarova (Təhsil RİM), 4 km məsafədə I yerə Aynur Əsgərova (BTİ), 6 km məsafədə I yerə Rəqsanə Rəcəbli (BTİ), kişilər arasında 2 km məsafədə I yerə Leonid Kryukov (Məhsul İC),3 km məsafədə I yerə İlham Abışov (BTİ), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM), veteranlar arasında isə I yerə Tapdıq Dadaşov (Sumqayıt) layıq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanmışlar.