Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği adlı layihə uğurla davam edir - FOTO ( YENİLƏNDİ )

“Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihə uğurla davam edir FOTO ( YENİLƏNDİ )

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə Elmin Fərruqovun “C” kateqoriyası üzrə icra etdiyi “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihənin iştirakçıları Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.

Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ - bəndinə əsaslanaraq, “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” çərçivəsində həyata keçirilir.

İlk olaraq layihə rəhbəri Elmin Fərruqov və Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul çıxış edərək layihə haqqında gənclərə ətraflı məlumatlar veriblər.

Qeyd edək ki, layihədə əsas məqsəd, xalçaçılıq sənətini yaşatmaq və eyni zamanda gənclər arasında bu peşə sahəsinə olan marağı artırmaqdan ibarətdir. Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.

Sonra muzey əməkdaşları İlahə Məmmədova və Dilavər Kərimova muzeyi ilk dəfə ziyarət edən gənclərə mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında ətraflı məlumatlar veriblər. Həmçinin muzeyində sentyabrın 15-dən 29-dək davam edəcək "Bərpa olunmuş eksponatlar” adlı sərgi haqqında ümumi məlumat verərək bildiriblər ki, muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilib. Sərginin keçirilməsində əsas məqsəd bərpa və konservasiya edilən sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan eksponatların daim nəzarətdə olduğunu, qorunduğunu göstərməkdir. Lakin 690 ədəd eksponatın sərgi çərçivəsində nümayişi çətin olduğu üçün 49-nu seyr etmək imkanı yaradılıb. Onlar xovsuz, xovlu xalçalar, xalça məmulatları, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Tədbir çərçivəsində gənclərə Mədəniyyət və İncəsənət Univerisitetinin ıv kurs tələbəsi Hüseyn Abasov tərəfindən lentə alınan “İLMƏ” qısa metrajlı video çarx təqdim olunub.

Sonda layihədə iştirak edən gənclər, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovaya təşəkkürlərini bildiriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !