Güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında daha bir idmançımız qızıl medal qazanılıb - FOTO

Güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında daha bir idmançımız qızıl medal qazanılıb FOTO

Bu gün güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının yunan-Roma növü üzrə keçirilən yarışlarında idmançılarımız güclərini sınayıblar.
Finala vəsiqə qazanan hər iki təmsilçimiz - Həsən Əliyev (71 kq.) və Kamran Məmmədov (66 kq.) Rusiya Federasiyasının idmançıları ilə qarşılaşıblar.
Birinci yer uğrunda görüşdə H.Əliyev rəqibi Adam Kuraka qalib gələrək dünya çempionu adına layiq görülüb.
Finaldakı digər idmançımız K.Məmmədov rusiyalı Aleksey Kiyankin ilə qarşılaşıb. Gərgin keçən final görüşündə güləşçimiz rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Ölkəmizi 59 kiloqram çəki dərəcəsində təmsil edən Murad Məmmədov isə üçüncü yer uğrunda görüşdə Ukrayna nümayəndəsi Yevgeniy Myaqkiy ilə görüşərək rəqibinə qalib gəlib.
Digər təmsilçimiz Sənan Əlimirzəyev (75 kq.) də almaniyalı rəqibi Yuretzko Adam üzərində inamlı qələbə qazanaraq bürünc medala layiq görülüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !