"Nuh Yurdu" İntellektual Oyununun Naxçıvan şəhər birinciliyi keçirilmişdir - FOTO

"Nuh Yurdu" İntellektual Oyununun Naxçıvan şəhər birinciliyi keçirilmişdir FOTO

22 sentyabr 2016-cı il tarixdə Naxçıvan şəhərindəki "Gənclər Mərkəzi"ndə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikasının "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında "Nuh Yurdu" İntellektual Oyununun Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Oyun başlamazdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək oyunun keçirilməsi məqsədi haqqında geniş məlumat vermiş və komandalara uğurlar arzulamışlar. "Nuh Yurdu" İntellektual Oyunu yarımfinal və final mərhələlərindən ibarət olmuşdur. Oyunda 8 komanda iştirak etmişdir. Final mərhələsində "Əlincə", "Möminə Xatın", "Gəmiqaya" və "Nuh Yurdu" komandaları mübarizə aparmış, yekunda isə "Gəmiqaya" komandası I yerə, "Möminə Xatın" komandası II yerə, "Nuh Yurdu" komandası isə III yerə layiq görülmüşlər. Qalib gələn komandalara təşkilatçıların diplom, kubok, fəxri fərman və bilik kitabları hədiyyə olunmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !