Ukraynanın Berdiçev şəhərində keçirilən beynəlxalq turnir başa çatıb -

Ukraynanın Berdiçev şəhərində keçirilən beynəlxalq turnir başa çatıb

Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşlarının mükafatı uğrunda gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışa 12 idmançı ilə qatılan Azərbaycan yığma vətənə 4 medalla qayıdıb.
Yığmamızın heyətində Naxçıvan boks məktəbinin yetirməsi Sərxan Əliyev də mübarizə aparıb. 60 kq çəki dərəcəsində dəri əlcək sahibimiz Ukrayna və erməni boksçularını məğlub edib və yarımfinala yüksəlib. Bu mərhələdə məğlub olan boksçumuz turniri 3-cü pillədə başa vurub.

Qeyd edək ki, turnirdə ümumilikdə 17 ölkənin 127 boksçusu mübarizə aparıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !