Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vuruldu -

Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vuruldu

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyası tərəfindən Sərhədçi İdman Olimpiya Mərkəzində cüdo idman növü üzrə 23 yaşadək gənclər arasında Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Qəbələ İK, 13 №li İOEUGİM, Lokomotiv İSM, Sərhədçi İM, Zirvə-Abşeron İK, 9 №li UGİM, Elxan İK, Judo Club 2012, MOİK, Balaxanı OİK, 1 №li RİOEUGİM, Atilla İKİB, FHN, Çevik İK-nu təmsil edən 160 idmançı mübarizə aparmışdır.

Yekun nəticələrə görə 60 kq çəki dərəcəsində I yerə Nurlan Osmanov (Qəbələ İK), II yerə Davud Abbaslı (Neftçi İKİB), III yerə Naib İsmayılov (13 №li İOEUGİM), Ağabəy Ağazadə (Neftçi İKİB), 66 kq çəki dərəcəsində I yerə İbrahim Əliyev (Neftçi İKİB), II yerə Əli Nuriyev (Neftçi İKİB), III yerə Sahib Əskərov (13 №li İOEUGİM), İsmayıl İbrahimov (Qəbələ İK), 73 kq çəki dərəcəsində I yerə Kərim Məmmədov (Neftçi İKİB), II yerə Orxan Əsgərzadə (13 №li İOEUGİM), III yerə Şamil Rəcəbli (Neftçi İKİB), Çingiz Əhmədov (Qəbələ), 81 kq çəki dərəcəsində I yerə Toğrul Hüseynli (13 №li İOEUGİM), II yerə Natiq Bəşirov (MOİK), III yerə Ariz Məmmədov (13 №li İOEUGİM), Nəriman Baxışov (FHN), 90 kq çəki dərəcəsində I yerə Ağa Cəfərov (Sərhədçi İOM), II yerə Cavid Muradov (Judo Club 2012), III yerə Famil Quluzadə (Atilla İKİB), Süleyman Yaqubov (1 №li RİOEUGİM), 100 kq çəki dərəcəsində İmran Yusifov (Qəbələ İK), II yerə Cəfər Ələkbərli (13 №li İOEUGİM), III yerə Abdulla İsmayılov (Neftçi İKİB), Kamran Hüseynov (Cevik İK), +100 kq çəki dərəcəsində Vüsal Orucov (9№li UGİM), II yerə Elxan Təhmirazov (13 №li İOEUGİM), III yerə Camal Feyziyev (13 №li İOEUGİM), qızlar arasında 48 kq çəki dərəcəsində I yerə Şahanə Hacıyeva (Qəbələ İK), II yerə Olahə Cəlilova (Balaxanı OİK), III yerə Aytac Quluzadə (Neftçi İKİB), Fidan Əliyeva (Elxan İK), 52 kq çəki dərəcəsində I yerə Ülviyyə Bayramova (Neftçi İKİB), II yerə Fatimə Quliyeva (Lokomotiv İSM), 63 kq çəki dərəcəsində Günel Bəkirzadə (Lokomotiv İSM), II yerə Ruziyə Kərimova (Qəbələ İK), 70 kq çəki dərəcəsində I yerə Diana Şoronova (13 №li İOEUGİM), II yerə Səma Bəxtiyarova (Elxan İK), III yerə Cəmalə Muqumova (Neftçi İKİB), 78 kq çəki dərəcəsində I yerə Günel Həsənli (Zirvə- Abşeron), II yerə Rəvanə Kərimova (Lokomotiv İSM) layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !