IT STEP akademiyası ictimaiyyətə təqdim olunub - FOTO

IT STEP akademiyası ictimaiyyətə təqdim olunub FOTO

9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyası ictimaiyyətə təqdim olunub.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, IT şirkətlərinin rəhbərləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, IT STEP akademiyası “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və tədris bu gün ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı imkanlar açır. F.Mustafayev qeyd edib ki, 9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək.
Akademiyanın təsisçisi Dmitriy Korçevskiy qeyd edib ki, 1998-ci ildən dünyanın 17 ölkəsində 44 filial şəbəkəsi ilə fəaliyyət göstərən IT STEP akademiyasının tədris proqramı təcrübəli mütəxəssislər tərəfindən beynəlxalq standartlar əsasında tərtib olunub. STEP kompüter akademiyasında tədris IT sahəsində yüksək qiymət almış, unikal müəllif metodikası əsasında təşkil edilib.
Daha sonra çıxış edənlər bütün dünyada məşhur olan akademiyanın ölkəmizdə də yaradılmasını yüksək qiymətləndiriblər.
Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanacaq.
IT STEP-i bitirən müdavimlərə Təhsil Nazirliyi tərəfindən verilən diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk”şirkətlərinin sertifikatları da təqdim olunacaq.
Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya, 260 nəfərlik konfrans və idman zalları fəaliyyət göstərir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !