Tədris Mərkəzi Mübariz İbrahimovun adını daşıyan filial açdı - FOTO

Tədris Mərkəzi Mübariz İbrahimovun adını daşıyan filial açdı FOTO

Reduco Tədris Mərkəzinin növbəti – üçüncü filialı fəaliyyətə başlayıb. Bu vaxta qədər Bakı və Sumqayıtda xidmət göstərən Mərkəzin Şəmkirdə üçüncü filialı açılıb. Şəmkir filialı Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.
Açılış mərasiminə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov da qatılıb.
Məlumat üçün deyək ki, Reduco Tədris Mərkəzi dünyanın bir sıra nüfuzlu təhsil ocaqları ilə əməkdaşlıq edir, IELTS-in ölkə üzrə isə 5 rəsmi imtahan mərkəzindən biridir. Eyni zamanda ACCA, Pearson kimi beynəlxalq dərəcəli imtahanların da rəsmi imtahan hüququ Reduco TM-yə məxsusdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !