MASALLI RAYONUNDA TƏLƏBƏ ADINI QAZANMIŞ MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLİB - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYONUNDA TƏLƏBƏ ADINI QAZANMIŞ MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLİB FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Sentyabrın 6-da Masallı şəhərində yeni istifadəyə verilmiş "Asan həyat" kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 500-ə yaxın məzun ali məktəblərə qəbul olunduğunu vurğulayan cənab R.Hüseynov onlardan 40-a yaxını 600, 47 nəfərinin 500-dən yuxarı bal topladığını diqqətə çatdırıb.
Qeyd olunub ki, ali məktəblərə qəbul imtahanları zamanı daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Tədbirdə Prezident yanında DİA-nın tələbəsi Süleyman Abuzərli, Tibb Universitetinin tələbəsi Firuzə Səmədova, “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov, Qızılavar kənd tam orta məktəbinin direktoru Samit İslamov və başqaları çıxış etdilər. Tələbələr Masallının adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil işçiləri azad Həmkarlar ittifaqı rayon komitəsinin Fəxri fərmanları verilib.

 

 

TƏQDİM OLUNAN FOTOLAR MASDALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR.

 


MASALLI.
AZpress.AZ -ın
MASALLI müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !