"Gələcəyin Qurucuları" - Yay Liderlik Məktəbi başa çatmışdır - FOTO

"Gələcəyin Qurucuları" - Yay Liderlik Məktəbi başa çatmışdır FOTO

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqının birgə Təşkilatçılığı, Magistatura.az Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə 23-27 avqust tarixlərində Şəmkir rayonunun Çənlibel kəndində Azərbaycan Universitetləri tarixində ilk dəfə təşkil olunan "Gələcəyin Qurucuları" adlı Yay Liderlik Məktəbi yekunlaşmışdır. Layihənin məqsədi ADPU və ADPU-nun filiallarında eləcə də ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) təhsil alan tələbələrə ətraflı məlumatların verilməsi, filialların və kollecin tələbə mübadiləsini və inteqrasiyasını təşkil etmək, universitetin yeni imicinin tanıdılması, gənclərin yay istirahətinin səmərəli keçirilməsinin təşkil olunması, tələbələrin ictimai-sosial fəallığının artırılması, gənclərdə liderlik, komanda ilə iş və başqa keyfiyyətlərin yaradılması, TGT və onun strukturu haqqında maarifləndirilmə işlərinin aparılması, fəal və xüsusi istedadlı gənclərin seçilərək aşkara çıxarılması və gələcək fəaliyyətlərə cəlb edilməsi, tələbələr arasında səmimi dostluq əlaqələrinin qurulması və gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi biliklərin verilməsi idi. Layihənin həyata keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmış, keçiriləcəyi məkan dəqiqləşdirilib, layihənin elanları sosial şəbəkələrdə və saytlarda yerləşdirilmişdir. Layihədə filiallar və ADPK ilə birlikdə 60 nəfər tələbə, o cümlədən bu il universitetə qəbul olmuş 5 nəfər I kurs tələbəsi iştirak edir. Layihənin icrası zamanı sosial şəbəkələrdə yaradılmış səhifələr vasitəsilə davamlı təbliğat aparılmışdır. Layihədə iştirakçılar 4 komandaya ayrılmışdır. Komandaların adları ADPU-nun məzunu olmuş 4 görkəmli şəxsin adından götürülmüşdür: Yusif Məmmədəliyev, Mikayıl Müşfiq, Mehdi Hüseynzadə və Budaq Budaqov.
Düşərgədə komandalar arasında müxtəlif idman yarışları, sosial gecələr, əyləncəli oyunlar və simuliyasiya oyunları keçirilmişdir.
Layihə müddətində konandalara Ağaəhməd Göyüşov Motivasiya, Liderlik və Nigar Xıdırova Layihələrin yazılması təlimini keçmişdir. Sonda komandalar hazırladıqları lahiyələri münsiflər heyətinə təqdim etmişlər. Verilən dəyərləndirmə ballarına əsasən Mehdi Hüseynzadənin adını daşıyan komanda düşərgənin qalibi elan olunmuşdur. Bütün iştirakçılar Diplom və sponsorların təqdim etdiyi hədiyyələrlə təltif olunmuşlar. Düşərgənin sonunda təşkilat komitəsinin üzvləri iştirakçıları bir daha təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Sonda xatirə şəkli çəkilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !