Regionlarda gənc analar üçün təlimlər davam edir - FOTO

Regionlarda gənc analar üçün təlimlər davam edir FOTO

“Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər” layihəsini icra edir.

Layihə çərçivəsində Şəmkir rayonunda təlimçi Xədicə Səlimxanova, ekspert Aydın Budaqov, Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə və gənc valideynlərin iştirakı ilə təlim keçirilib.

Təlimçi və ekspert təlimdə gənc analara körpələrin travma alması zamanı ilkin tibbi yardım göstərilməsi və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib, gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Təlimdə valideynlərə körpələrin travma alması zamanı onlara qarşı görülməsi vacib olan ilkin tədbirlər və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib. Gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihə 3 ay müddətində Samux, Gəncə, Şəmkir rayonlarında icra olunacaq.

 


***

 

 

Samuxda gənc analar üçün təlimlər davam edir

 

“Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər” layihəsi şərşivəsində növbəti tədbir Samux rayonunda keçirilib.

Təlim Samux rayon Əhmədbəyli kənd Uşaq baxçasında baş tutub. Təlimdə Əhmədbəyli kənd Uşaq Baxçasının müdiri Xəzanə Orucova, Əhmədbəyli kənd Tibb məntəqəsinin baş tibb bacısı Sevinc Həsənova, Əhmədbəyli icra nümayəndəliyi və gənc valideynlər iştirak edib.

Təlimçi və ekspert təlimdə gənc analara körpələrin travma alması zamanı ilkin tibbi yardım göstərilməsi və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib, gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Təlimdə valideynlərə körpələrin travma alması zamanı onlara qarşı görülməsi vacib olan ilkin tədbirlər və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib. Gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihə 3 ay müddətində Samux, Gəncə, Şəmkir rayonlarında icra olunacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !