Yeniyetmələrin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub - FOTO

Yeniyetmələrin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub FOTO

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba rayonu II Nügədi kəndi “Molla Hud məscidi” dini icmasının birgə təşkilatçılığı ilə bir qrup yeniyetmənin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub. Ziyarət zamanı yeniyetmələr məzarlıqla yaxından tanış olub, baş vermiş hadisə haqqında geniş məlumat alıblar. İcma sədri İlkin Qayıbov yeniyetmələrin diqqətinə çatdırıb ki, xatirə kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. İ. Qayıbov onu da qeyd edib ki, Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. O da vurğulanıb ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutudur.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !