Qubada paralimpiyaçılarımızla görüş keçirilib - FOTO

Qubada paralimpiyaçılarımızla görüş keçirilib FOTO

Quba Gənclər Mərkəzində 31-ci Yay Parolimpiya Oyunlarında iştirak edəcək bir qrup azərbaycanlı idmançı ilə gənclərin görüşü keçirilib.
Görüşdə dünya və olimpiya rekordçusu, parolimpiyaçı, Pekin olimpiadasının qalibi Oluxan Musayev, Avropa rekordçusu Samir Nəbiyev və onların məşqçisi Oktay Şaxtaxtinski iştirak edib.
Tədbirdə qarşıdakı olimpiya oyunlarına hazrılıqla bağlı idmançılar fikirlərini bölüşüb, ölkə idmanının inkişafında gənc nəslin idmana əhəmiyyət vrməsinin labüdlüyü vurğulanıb.
İnteraktiv şəkildə keçən görüşdə gənclər tərəfindən idmançılara və məşçilərinə ünvanlanan suallar cavablandırılıb.
Görüşün sonunda qonaqlara Quba rayon Gənclər və İdman İdarəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB tərəfindən fərxri fərmanlar və xatirə hədiyyələrə təqdim edilib.
Görüş “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına reallaşdırdığı “RİO-2016-ya ictimai dəstək” layihəsinin davamı olaraq gerçəkləşdirilib.
Görüşdə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 60 nəfər gənc iştirak edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !