Qubada növbəti “Səyyar kitabxana” aksiyası təşkil olunub
Bu xəbəri paylaş
Quba Turizm İnformasiya Mərkəzinin və Quba rayon MKS -nin mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə Quba rayonu ərazisində fəaliyyət göstərən “Terrace” istirahət mərkəzində növbəti “Səyyar kitabxana” aksiyası təşkil olunub. Aksiyanın keçirilməsi kitabxanadan ayrı düşmüş oxucu kütləsini yenidən kitabxanalara cəlb etmək və mütaliə maraqlarını artırılması məqsədini daşıyır. Təbliğat xarakterli sərgi istirahətdə olan yerli və xarici turistlər tərəfindən maraqla qarşılanıb.
Sərgi iki gün ərzində nümayiş olunub. Aksiyanın hər həftənin sonunda müxtəlif istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulur.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !