Qubada "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbir həyata keçirilib -

Qubada "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbir həyata keçirilib

Quba Turizm İnformasiya Mərkəzi Quba Mərkəzi Kitabxana Sistemi ilə birgə 30 iyulda "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbir həyata keçirib. Qubada fəaliyyət göstərən "Retro" istirahət mərkəzində təşkil edilən kitab sərgisində Azərbaycan dili və xarici dillərdə çap olunan bədii və elmi ədəbiyyat ilə yanaşı, Quba TİM və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap etdirilən bukletlər, tur proqramlar, kitabçalar və s. nümayiş etdirilib. Tədbirin keçirilməsi əhali arasında kitaba və mütaliəyə marağın artırılması məqsədini daşıyır. İstirahət mərkəzində təşkil edilən kitab sərgisi orda istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olmuş, bu layihəni bəyəndiklərini bildirmişlər.

Qeyd edək ki, "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbirlərin başqa mehmanxana və mehmanxana tipli turizm obyektlərində keçirilməsi nəzərdə tutulmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !