Yurd Gənclər və İdman Nazirliyinin 22 illik yubileyini Qubada qeyd etdi - FOTO

“Yurd” Gənclər və İdman Nazirliyinin 22 illik yubileyini Qubada qeyd etdi FOTO

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən ənənəvi olaraq hər ilin yay aylarında Qubada təşkil edilən “Xəmsə” intellekt festivalının sayca 4-cü turnirinə start verilib.
Quba rayon Gənclər və İdmna İdarəsinin təşkilati dəstəyi ilə Quba Gənclər Mərkəzində baş tutan ilk tur həm də Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin yaranmasının 22-ci ildönümünə həsr olunub. Tədbirdə çıxış edən təşkilatın sədri Ramin Mahmudov bildirib ki, 1994-cü il iyulun 24-də Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.
Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müxtəlif proqramların təsdiqi, Gənclər Fondunun yaradılması ölkədə gəncliyin inkişafına yaradılan şəraitdir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Tədbirdə çıxş edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də ölkəmizdə son illərdə gənclər sahəsində aparılan islahatlardan danışıb, yaradılan imkan və şərait nətəcisəidnə yeni-yeni gənc liderlərin fprmalaşdığını qeyd edib. Bu gözəl məknanda Xəmsə turnirinin təşkil edilməsi də dövlətimziin gənclər üçün yaratdığı şəraitin nəticəsidir və gənclərin vətənpərvərlik, vətəndəaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət edir.
Rəsmi açılış mərasimindən sonra tunirə start verilib. Püşkə əsasən A qrupunda Şabran təmsilçisi “MultiBrain” 3 Quba təmsilçisinə - “E-team”, “İnferno” və “Uran” qarşı mübarizə aparıb. Son iki turnirin qalibi olan “Uran” zəifləmiş heyətlə turnirdə ilk fiaskosuna uğrayıb. Yekunda “E-team” komandası 1500 xalla birinci olaraq finala vəsiqə qazanıb. “MultiBrain” 900 xalla ikinci, “İnferno” -1000 xalla üçüncü, “Uran” isə -1600 xalla sonuncu olub.
B qrupunda isə Siyəzən rayonunu təmsil edən “Marşal” biliciləri 5000 xalla finala adını yazdırıb. Quba komandaları “Old Boys” 500 xalal ikinci, “Qımılqışlaq” komandası isə -800 xalla üçüncü olub.
Turnirin ən gərgin mübarizəsi C qrupunda yaşanıb. Fərdi raunda qədər qrup lideri olan Xaçmaz təmsilçisi “Piramida” son raundda Qusar biliciləerindən ibarət “Poseydon”a 300 xalla yenilib. Nəticədə “Poseydon” 4500 xalla birinci, “Piramida” 4200 xalla ikinci, “Quba təmsilçisi “Avaqadro” 900 xalla üçüncü yeri tutub.
D qrupunda da Şabran, Qusar və Qusar biliciləri son ana qədər mübarizə aparıblar. Nəticədə Qusar rayonunu təmsil edən “Leninqrad” komandası 900 xalla üçüncü, “El-Nino” 1400 xalla ikinci olub. Şabran təmsilçisi “Difai” isə 7000 xalla finala vəsiqə qazanıb.
Turnirin finalında Quba, Qusar, Şabran və Siyəzən rayonlarını təmsil edən komandalar mübarizə aparıb. İlk turun qalibi Xəmsə raundunda bəlli olub. Raundun sualını doğru cavablandıran “E-team” biliciləri 6001 xalla ilk turun qalibi adını qazanıb. Qusar komandası “Poseydon” 3000 xalla ikinci, Şabran təmsilçisi “Difai” 900 xalla üçüncü olub. Siyəzəni təmsil edən “Marşal” ilk turu -2300 xalla bitirib.
Tur nəticəsində komandalrın heyətində bir neçə istedadlı gənc üzə çıxarılaraq namizdələr siyahısına salınıb. “İnforno”dan Faiq Pənahov, “Piramida” komandasında Ravid Şahnəzərov, Mehman Hacıyev, “Difai”dən Raiz Kərimov, “Poseydon”dan Murad Şirinov, “Leninqrad”dan Rahim Kliçov, “Avaqadro”dan İmran Abdullayev, “Marşal”dan Elgün Həmidov ilk turda oyunları ilə fərqlənən intellektuallar sıyahısına daxil edilib.
6 turdan ibarət liqa avqustun 30-dək davam edəcək. Sonda qaliblər kubok, medal və diplomlarla
mükafatlandırılacaq.
Qeyd edək ki, bundan öncə keçirilən 3 Xəmsə Yay Liqası turnirinin qalibi adını bir dəfə “Yurd”, iki dəfə isə “Uran” biliciləri qazanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !