Cehiz vermə -Təhsil ver! Şəmkir gəncləri arasında - FOTO

“Cehiz vermə -Təhsil ver!” Şəmkir gəncləri arasında FOTO

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin erkən nikahlarla mübarizə tədbiri çərçivəsində "Cehiz vermə - təhsil ver!" layihəsi üzrə növbəti təlim Şəmkir rayonunda keçirilmişdir.

Şəmkir rayon “Zəka” Gənclər Mərkəzində keçirilən təlimdə Gəncə Regional Təhsil Mərkəzinin rəhbəri Aygün Həsənzadə, Şəmkir İcra Hakimiyyətinin Başçısı Aparatının məsul şəxsi Zülfiyyə Əhmədova, Şəmkir rayon Gənclər və İdman İdarəsənin rəisi və Şəmkir rayon YAP Gənclər Birliyinin sədri Emin İsmayılov, təlimçi Samirə Ələkbərova və rayonun fəal gəncləri iştirak etmişlər.

Layihə çərçivəsində gənclər maarifləndirici söhbətlər aparılmış və erkən nikahlara qarşı mübarizənin həlli yolları araşdırılmışdır.
Layihənin məqsədi erkən nikahın qarşısını almaqdır. Valideynlərə uşaqlarına qarşı həssas olmağı, onları əşya kimi satmamağı, can qurtarmamağı aşılamaqdır. Erkən nikahdan 1 gənci belə xilas edə bilmək layihənin uğuru deməkdir. Çünki, bir erkən qurulan ailə sadəcə 2 insandan ibarət deyil. Onların timsalında bir nəsli qurtarmaq deməkdir.
Sonda təlim iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb, xatirə şəkilləri çəkdirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !