İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Qubada tədbir keçirib -

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Qubada tədbir keçirib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə ictimai problemlərin həllinə yönəlik tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.

Təşkilatdan verilən məlumata görə, layihə bələdiyyə-QHT əməkdaşlığının praktik partnyorluğuna nail olmaq, eləcə də bunun nəticəsində əhalini narahat edən ictimai problemlərin həlli üçün birgə əməkdaşlığın gücləndiriməsi məqsədi daşıyır. Layihə çərçivəsində ictimai problemlərin həllində bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə bu problemlərin həllinə yönəlik ictimai müzakirələrin təşkili və əhalinin maarifləndirilməsində müştərək iştirakın tətbiqidir.

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, layihə çərçivəsində Qubada növbəti ictimai müzakirə keçirilib. İctimai müzakirədə korrupsiya və rüşvətlə mübarizədə vətəndaş fəallığının artırılması, yerli əhalinin, xüsusən gənclərin dini radikalizmə yuvarlanmasının qarşısının alınması və ictimai davranış qaydaları ilə bağlı geniş müzakirələr aparıldı. Vətəndaş fəallarının, vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri, gənclər və bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları, habelə məhəllə komitələrinin iştirakı ilə keçirilən ictimai forumda layihənin məqsəd və vəzifələrində qarşıya qoyulan məsələlər iştirakçılarla birgə müzakirə olunub.

Tədbirdə layihənin ekspertləri Mehman Muradlı, Səbinə Kərimova, Vilayət Muxtar ictimai müzakirəyə çıxarılan mövzular haqqında məruzə etdilər.

Daha sonra ictimai müzakirədə tədbir iştirakçıları çıxış edərək, öz fikirlərini bildirdilər. Natəvan Bağırova, Dəstəbəy Tərlanov, Qızxanım Həmzəyeva çıxış etdərək, mövzu ətrafında təkliflərini səsləndirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !