Gənclər təşkilatının Şəmkir nümayəndəliyi yaradıldı - FOTO

Gənclər təşkilatının Şəmkir nümayəndəliyi yaradıldı FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Şəmkirdə nümayəndəliyinin yaradılması ilə bağlı toplantı keçirilib.
Toplantını giriş sözü ilə Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə açaraq, 2016-cı ildə Azərbaycanın Gənclər Paytaxtı seçilmiş Şəmkir rayonunda fəaliyyətə başladıqlarını elan etmişdir. Bildirmişdir ki, Şəmkir rayonunda bir sıra maraqlı layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif sahələrdə maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlərin təşkili planlaşdırılır. Bu baxımdan nümayəndəliyin yaradılması və fəaliyyəti zəruridir.
Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Zülfiyyə Əhmədova və digərlər çıxış edərək, gənclərlə iş sahəsində görülən işlər barədə məlumat vermiş, Mərkəzin rayonda fəaliyyət göstərəcəyini yüksək qiymətləndirmişlər.
Daha sonra Şəmkir gəncləri üçün Mərkəz haqqında geniş təqdimat keçirilmiş, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.
Sonda Şəmkir rayonunda olan fəal gənc Aydın Budaqov Mərkəzin Şəmkir rayonundakı nümayəndəsi seçilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !