Masallıda Tekvando idman növü üzrə zona birinciliyi FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)
Bu xəbəri paylaş
İyulun 9-10-Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Taekvando Mərkəzində kiçik yaşlı uşaqlar və yeniyetmə oğlan və qızlar arasında t aekvando idman növü üzrə Masallı rayon zona birinciliyi keçirilmişdir.
Tədbirin açlış mərəsimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından danışmışdır. Və bildirmişdir ki, bu yarışın keçirilməsində əsas məqsədin rayonda tekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək , kiçik yaşlı uşaqlar və yeniyetmə oğlan və qızlar ın idmana olan marağını daha da artırmaq olduğunu diqqətə çatdırdı
Yarışda Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Lənkəran , Biləsuvar rayon komandaları ilə yanaşı Bakı şəhərindən də bir komanda iştrak etmişdir .
11 çəki dərəcəsində 30-a yaxın komandadan 2 00 nəfərdən artıq idmançının iştrakı ilə keçirilən yarış , olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir.Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
MASALLI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.