Qərb Universitetinin bir qrup tələbəsi Bakı şəhər Gənclər və İdman Baş İdarəsində istehsalat təcrübəsi keçirlər -

Qərb Universitetinin bir qrup tələbəsi Bakı şəhər Gənclər və İdman Baş İdarəsində istehsalat təcrübəsi keçirlər

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qərb Universiteti arasında qarşılıqlı razılaşmaya əsasən universitetin Siyasi elmlər fakültəsinin III kurs tələbələri Baş İdarədə iki həftəlik təcrübə proqramında iştirak edirlər. Təcrübənin ilk günü tələbələri Baş İdarənin rəisi Raqif Abbasov qəbul etmiş, dəyirmi masa arxasında onları maraqlandıran sualları cavablandırmışdır.

Proqrama əsasən tələbələr Baş İdarənin sektorlarının iş rejimi ilə tanış olur, gənclər və idman sahəsində Dövlət Proqramlarına əsasən idarənin tədbirlər planına müvafiq olaraq görülən işlərlə yaxından tanış olurlar.

Təcrübə tələbələr tərəfindən olduqca maraqla qarşılanır. Onlar verilən məlumatlar və tövsiyyələri diqqətlə mənimsəyirlər. Sonda təcrübədə iştirak etmiş bütün tələbələrə Baş İdarə tərəfindən sertifikatlar təqdim olunacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !