Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib - VİDEO

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib VİDEO

İyunun 30-u Quba-İspik-Xınalıq avtomobil yolunun 2-ci kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, “QAZel” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, yeddi nəfər isə yaralanıb.

Xəsarət alan Bakı şəhər sakinləri Fərhad Həsənov, Çingiz Hacıyev, Quba rayonu, Nərimanabad kənd sakinləri Nazim Əzizov, Səkinə Əzizova, 14 yaşlı Əziz Əzizov, 4 yaşlı Nərmin Əzizova və 9 yaşlı Amil Aslanov Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəzada ağır xəsarətlər alan Heydərov Vahid İskəndər oğlu isə dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !