Qubada xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər davam edir -

Qubada xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər davam edir

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda xalçaçılıq sənətinin inkişafı ilə bağlı təlimlərin keçirilməsini davam etdirir.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Milli - mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilir.

Layihə çərçivəsində Quba rayonunda xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar üçün qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə olunması, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması istiqamətində və rəngkarlıq, xalçaların yuyulması, xalçaların daranması, xalçalara ilmə vurma və xalçaların qayçılanması mövzusunda təlim keçirilib.

Təlimdə İctimai Birliyi sədri, Azərbaycanın ilk sahibkar qadını Fatimət Ağamirzəyeva və layihənin təlimçisi Sara Fərzəliyeva tərəfindən iştirakçılara xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məlumatlar, bu istiqamətdə məsləhətlər və tövsiyələr verilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !