Əsgərlər arasında bilik yarışması keçirilmişdir. - FOTO

Əsgərlər arasında bilik yarışması keçirilmişdir. FOTO

İyunun 23-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində “26 iyun Silahlı Qüvvələr günü” nə həsr olunmuş hərbi hissələrin əsgərləri arasında bilik yarışması keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışmasının əvvəlində Azərbaycan Dövlət himni səsləndirilmişdir.
Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin Gənclərlə iş sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxış edərək 1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışmışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun daha da güclənməsinə böyük diqqət və qayğı göstərir.

Sonra bilik yarışmasına start verilmişdir. Əsgərlərə Azərbaycan hərb tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar verilmişdir.

Sonda Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilovaya Baş İdarə tərəfindən fəxri fərman təqdim edilmişdir. Qaliblər isə müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !