Masallı rayonunun Sirəbil kəndinə təbii qaz verilişinin açılışı olmuşdur - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun Sirəbil kəndinə təbii qaz verilişinin açılışı olmuşdur FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, iyunun 23-də Masallı rayonunun Sirəbil kəndnə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Azəriqaz” İstehsalat birliyinin Tikinti Departamentinin rəis müavini Ramil İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nin Səsçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gülhüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Masallı rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır.
Bildirmişdir ki, 750 nəfərə yaxın sakini olan kənddə 144 ailə üçün qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır.
Tədbirdə kənd sakinləri Dadaş Fətullayev, Mirhüseyn Hüseynov, Lənkəran Regional Qaz İstismar İdarəsinin rəis müvini Qənimət Səmədov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və kənd ağsaqqalı Mirhüseyn Musayev təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və qonaqların iştirakı ilə kənd sakini Ramiz Musayevin evində qaz yandırılmışdır.
TƏQDİM OLUNAN FOTOLAR VƏKİL NOVRUZOĞLUNUNDUR.

 

MASALLI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !