Masallı rayonunun üç kəndində həkim məntəqəsi üçün yeni binalar istifadəyə verilmişdir - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun üç kəndində həkim məntəqəsi üçün yeni binalar istifadəyə verilmişdir FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI. Bu gün, iyunun 21-də Masallı rayonunun iri yaşayış məntəqələrindən olan Gəyəçöl, Xıl və Səmidxan kəndlərində həkim məntəqələri üçün yeni binaların açılış mərasimi eyni gündə olmuşdur.
Binaları AzKİL istifadəyə hazırlamışdır. Qeyd edək ki, AzKİL ölkəmizin altı regionunda infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihədir. Sözügedən altı region və bu regionlara daxil olan rayonlar sırasında Masallı da vardır.
Yeni binanın açılışı münasibətlə Gəyəçöl kəndində keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəliı Nəzərov, Gəyəçöl ərazi nümayəndəsi Afərin Şükürov, kənd sakinləri təqaüdçü müəllim Vaqif Şükürov, Gəyəçöl kənd orta məktəbinin müəllimi Lalə Mustafayeva bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə və rayonun rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
AzKİL-in Direktor Müavini-İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova , Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Oven də çıxış edərək son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
AzKİL öz layihələri hesabına Masallıda bir sıra tikinti və yol təmiri işləırini uğurla həyata keçirmişdir. AzKİL bundan sonra da abad rayonda işlərini davam etdirəcək, yeni binaların tikintisinə, yolların abadlaşması istiqamətində işlərini davam etdirəcəklər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tibbi xidmətin inkişafında və tibb işçilərinin peşə bayramı münasibətilə Səlimov Valeh Hilal oğlu (həkim-terapevt, terapiya şöbəsinin müdiri), Hüseynova Məlahət Heydər qızı (tibb bacısı, travmatologiya şöbəsi), Əhmədov Zeyni Əli oğlu (Gəyəçöl həkim məntəqəsinin tibb qardaşı) və Cabbarova Narıngül Mansur qızını (Lürən tibb məntəqəsinin müdiri) Fəxri Fərmanla təltif etdi.
Açılışı bildirən qırmızı lent kəsilmiş, qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar. Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq həkim və tibb işçilərinə uğurlar arzulamışdır.
Rəsmi hissədən sonra rayon Mədəniyyət evi və turizm şöbəsi, musiqi məktəbi şagirdləri və H.Əliyev Mərkəzinin oğlanlardan ibarət rəqs qrupunun konserti ilə başa çatdı.
Xıl kəndində də həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəliı Nəzərov, ərazi nümayəndəsi İqrar Nəsirov, kənd sakini Səadət Əliyev, AzKİL-in Direktor Müavini-İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova , Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Oven və başqaları
ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə və rayonun rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Axırda açılışı bildirən qırmızı lent kəsilmiş, qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar. Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq həkim və tibb işçilərinə uğurlar arzulamışdır.
Səmidxan kəndində də həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur. Mərasimdə ərazi nümayəndəsi Həsən Allahverdiyev, kənd ağsaqqalı Həzrətqulu Həsənov, tibb işçisi Aliyə Zeynalova Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Oven və başqaları ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə və rayonun rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir sakinə sağlam ömür arzulamışdır. O demişdir ki, ucqar bir kənddə belə yeni tibb ocağının açılması, əhalinin sağlamlığının mühafizəsi məhz ulu öndərimizin hazırladığı sosial siyasət strategiyasının tərkib hissələrindən biri idi. Bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin göstərişi ilə, regional inkişaf üzrə Dövlət Proqramına müvafiq olaraq, respublikamızın bütün bölgələrində, o cümlədən Masallıda sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir və əhalinin vəziyyəti daha da yaxşılaşır. Səhiyyə sistemində aparılan uğurlu islahatlar sağlam cəmiyyətinin formalaşmasına şərait yaradır. Bu gün istifadəyə verilən kənd həkim məntəqələrinin yüksək tələblərə cavab verməsi inkişafın əyani sübutudur. Rayonda sosial-iqtisadi sahələrdə qazanılan böyük uğurlar, regionlarda yeni infrastruktur dəyişiklikləri hər kəsin gözü qarşısında baş verir. Bu davamlı və sürətli inkişaf vətənini sevən hər bir azərbaycanlıda yüksək qürur hissi doğurur.
Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq həkim və tibb işçilərinə uğurlar arzulamışdır.
Axırda açılışı bildirən qırmızı lent kəsilmiş, qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar.

 

 

MASALLI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.
TƏQDİM OLUNAN FOTOLAR VƏKİL NOVRUZOĞLUNUNDUR. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !