Şəmkirdə baş verən ağır yol qəzasında 4 nəfər dünyasını dəyişib -

Şəmkirdə baş verən ağır yol qəzasında 4 nəfər dünyasını dəyişib

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobillərdə olan 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölən dörd nəfərin bir ailənin üzvləri olduğu bildirilir. AZƏRTAC

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !